Azərbaycan Prezidenti: “Azərbaycan etibarlı tərəfdaş kimi tanınıb”
Bakıda Dünya Azərbaycanlılarının III Qurultayı keçirilir. APA-nın xəbərinə görə, açılış mərasimində Azərbaycan diasporunun fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Bunda sonra Azərbaycan prezidenti İlham Əliyev qurultayda çıxış edib.
Prezident bildirib ki, Dünya Azərbaycanlılarının I Qurultayından keçən dövr ərzində azərbaycanlıların təşkilatlanması üçün lazımi addımlar atılıb, diaspor fəaliyyəti üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Son 20 ildə Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayan dövlət başçısı bunun Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.
Prezident Azərbaycanın sürətlə və uğurla inkişaf etdiyini deyib: “Ölkə demokratik əsaslarla idarə olunur, siyasi sistem təkmilləşir. Azərbaycanda söz və mətbuat azaddır. Ölkənin qarşısında dayanan vəzifələr icra edilir. Azərbaycan bu gün regionda mühüm faktora çevrilib. Dünyada mövcud olan və bizim üçün məqbul sayılan təcrübə Azərbaycanda tətbiq olunur. Modernləşmə gedir. Həyata keçirilən iqtisadi islahatlar nəticəsində dünya iqtisadi böhranı Azərbaycana çox az təsir etdi”.
Prezident İ. Əliyev son yeddi il ərzində Azərbaycan iqtisadiyyatının 3 dəfə böyüdüyünü, ümumi daxil məhsulun 300 faiz artdığını, həyata keçirilən proqramlar nəticəsində yoxsulluğun səviyyəsinin 5 dəfə azaldığını deyib: “Bu da onu göstərir ki, bizim iqtisadi siyasətimizin təməlində insan faktoru dayanır”.
Dövlət başçısı ötən il ölkə iqtisadiyyatına 16 milyard dollar investisiya yatırıldığını qeyd edərək həyata keçirilən islahatlar nəticəsində insanların həyat şəraitinin yaxşılaşdığını da bildirib. O, çıxışında Azərbaycanın bölgədəki proseslərə təsirinin getdiksə artdığını, bu gün Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz iqtisadiyyatının 75 faizini təşkil etdiyini deyib.
Prezident vurğulayıb ki, Azərbaycan indiyədək nə xarici, nə daxili siyasətdə səhvlərə yol verib, etibarlı tərəfdaş kimi tanınıb.

484