Azərbaycanla bağlı xaricdə 3 kitab nəşr olunub - FOTO
14 iyun 2011 15:56 (UTC +04:00)

Azərbaycanla bağlı xaricdə 3 kitab nəşr olunub - FOTO

Bu barədə Lent.az-a Srateji Aeaşdırmalar Mərkəzindən məlumat verilib.

Birinci kitab. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşəbbüsü və maddi dəstəyi ilə Türkiyədə “Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji” adlı kitab nəşr olunub.

İkinci kitab - Fransanın məşhur “L’Harmattan” nəşriyyatının “Diplomatiya və strategiya” kolleksiyasında nəşr edilmiş Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müəllimi Fazil Zeynalovun “Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış” adlı kitabdır. Qeyd edək ki, bu kitab Fransa Respublikasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv araşdırmaya söykənən ilk nəşrdir.

Üçüncü - STRATFOR Özəl Elmi Korporasiyasının Cənubi Qafqaz dövlətlərinin tarixinə, siyasətinə, təhlükəsizliyinə, geosiyasətinə və millətlərinə həsr olunmuş “Millətlərin ağır sınaqları: Qafqazın Geosiyasəti” adlı kitabdır. Kitabın müəllifləri STRATFOR-un vitse-prezidenti Pitr Zeyxan(Peter Zeihan) və Avrasiya məsələləri üzrə eksperti Loren Qudriçdir(Lauren Goodrich).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 417

Oxşar yazılar