Azərbaycan İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqasından dəstək istədi
01 iyun 2011 11:35 (UTC +04:00)

Azərbaycan İslam Konfransı Təşkilatı və Ərəb Dövlətləri Liqasından dəstək istədi

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində 31 may tarixində Nyu-Yorkda BMT Baş Qərargahında İslam Konfransı Təşkilatına (İKT) üzv olan dövlətlərin BMT yanında Daimi Nümayəndələrin səviyyəsində keçirilmiş İKT Qrupunun iclasında iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclasda sədrliyi həyata keçirən Tacikistanın BMT yanında daimi nümayəndəsi Azərbaycanın İKT-nin fəal dövləti olduğunu, 2006-cı ildə İKT Nazirlər Komitəsinin 33-cü iclasının Azərbaycanda keçirildiyini qeyd edib.

Elmar Məmmədyarov BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdırıb və cari ilin oktyabrında keçiriləcək seçkilərdə İKT üzv-dövlətlərini ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb.

Azərbaycanda müstəqil siyasətin apardığı, regionda aparıcı dövlət olduğu, Xəzər-Qafqaz məkanında regional əməkdaşlığın inkişafında, xüsusən regional enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində mühüm rol oynadığı, BMT və İKT çərçivəsində bir sıra vacib təşəbbüslərin müəllifi, ölkəmizin İslam dünyasının tərkib hissəsi olduğu, bu mənada və coğrafi baxımından Avropa və Asiya arasında körpü rolunu oynadığı və sivilizasiyalararası dialoqa töhfənin verdiyi vurğulanıb. Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlar prosesi haqqında da geniş məlumat verib. O, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərini azad etməsi ilə bağlı qəbul etdiyi 4 məlum qətnamənin Ermənistan tərəfindən indiyə qədər yerinə yetirilmədiyini təəssüflə xatırladıb, BMT Nizamnaməsinə əsasən bu cür qətnamələrin BMT-yə üzv olan dövlətlər tərəfindən yerinə yetirilməsi öhdəliyinin olduğunu bildirib.
BMT yanındakı bir sıra İKT dövlətlərinin daimi nümayəndələri Elmar Məmmədyarovun iştirakını və çıxışını yüksək qiymətləndiriblər.

Elmar Məmmədyarov həmin gün Nyu-Yorkda Ərəb Dövlətləri Liqasının BMT yanında daimi nümayəndələri ilə də görüşüb və BMT-nin Təhlükəsizlik Şurasının 2012-2013-cü illər üçün qeyri-daimi üzvlüyünə oktyabrda keçiriləcək seçkilərdə Azərbaycan Respublikasının namizədliyinin irəli sürüldüyünü, ölkəmizin namizədliyi ilə bağlı nəzərə çarpan üstünlükləri iştirakçıların diqqətinə çatdıraraq seçkilərdə ölkəmizin namizədliyini dəstəkləməyə çağırıb. Görüşdə Yaxın Şərq və Afrikada gedən proseslər barəsində fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 760

Oxşar yazılar