Balakənin inzibati ərazi bölgüsü dəyişir
Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib. Lent.az-ın Milli Məclisin rəsmi saytına istinadən verdiyi məlumata görə, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə gündəlikdəki “Balakən rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” məsələ barədə məlumat verib.
Arif Rəhimzadə Balakən rayonunun inzibati ərazi bölgüsündə ediləcək dəyişikliklərin rayon mərkəzinin daha da böyüməsinə səbəb olacağını söyləyib. Layihədə təklif olunan sərhədlərin ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında qanunun tələblərinə uyğun formada təqdim olunduğu qeyd edilib. Sənəddə rayon mərkəzinə 6 həmsərhəd kənddən əlavə olaraq 1253 hektar 35 sot torpağın ayrılması nəzərdə tutulur.
Balakən rayonunun sərhəddə yerləşdiyini bildirən deputatlar aparılacaq dəyişikliklərin bölgənin inkişafına səbəb olacağını vurğulayıblar.
İclasın sonunda sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29