“Erməni soyqırımı”nı tanımayan şagird məktəbdən qovuldu
17 noyabr 2009 18:45 (UTC +04:00)

“Erməni soyqırımı”nı tanımayan şagird məktəbdən qovuldu

13 yaşlı şagird ermənilərə qarşı “soyqırım törədilməyib” dediyinə görə məktəbdən çıxarılıb



Fransada “erməni soyqırımı”nı inkar edənləri cəzalandırmağı nəzərdə tutan qanun hələ qüvvəyə minməsə də, bu ölkədəki məktəblər indidən “soyqırımı” qəbul etməyən şagirdləri cəzalandırmağa başlayıblar.


Lent.az-ın “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, Nan şəhərindəki liseydə keçən həftə tarixdən yazılı imtahan keçirilib və imtahanda “erməni soyqırımı” ilə bağlı bir sual olub.


Bundan əvvəl bu məsələ ilə bağlı sinifdə tarix müəllimi ilə mübahisə edən 13 yaşlı Mustafa Doğan imtahan zamanı hirslənib və cavab vərəqində “soyqırım olubsa da, ermənilər buna layiq idilər” sözlərini yazıb. Cavabı oxuyan məktəb direktorunun müavini şagirdin atası Mehmet Doğanı arayıb və ona oğlunun Fransa qanunlarına gözə cinayət törətdiyini söyləyib. Ata “soyqırım”ı qəbul etməyənlərin cəzalandırılmasını nəzərdə tutan və qüvvəyə minmiş bir qanunun olmadığını dilə gətirib. Direktor müavini də oğlunun əməlinə görə atanı suçlayıb.

Tarix müəllimi Mustafanın “soyqırım”ı araşdırması və qəbul etməsi üçün 2 gün vaxt verib. Eyni zamanda imtahana hazırlıq müddətində türk saytlarına baxmaması, “soyqırım” şahidləriylə görüşməsi tapşırılıb. Türk şagird isə Fransada fəaliyyət göstərən COJEP adlı türk qeyri-hökumət təşkilatının hazırladığı bir məktubu tarix müəlliminə təqdim edib. Eyni zamanda tarix müəllimindən soruşub ki, nədən 1915-ci ildə ermənilərin ruslarla birləşib türklərə qarşı döyüşdüklərini şagirdlərə anlatmır. Müəllim bu barədə proqrama dərs salınmadığını söyləyib.

Liseyin direktoru Jacques Marquette “Zaman”a açıqlamasında deyib ki, cavab vərəqində türk şagirdin “soyqırım olubsa da, ermənilər buna layiq idilər” sözlərini yazmasını qəbul etməyəcəklər. O bildirib ki, məsələ artıq qapanıb və Fransa qanunlarına uyğun davranıblar.

Fransada fəaliyyət göstərən COJEP türk qeyri-hökumət təşkilatı və Mustafanın atası cümə günü məktəb direktoruyla görüşəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 401

Oxşar yazılar