Jurnalistlər Mehman Sadıqovla görüşdü
17 noyabr 2009 16:15 (UTC +04:00)

Jurnalistlər Mehman Sadıqovla görüşdü

Bu gün Mətbuat Şurasında (MŞ) dövlət qurumlarının mətbuat xidmətlərilə jurnalistlərin görüşü çərçivəsində KİV təmsilçiləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsi rəhbərliyinin görüşü keçirilib. Lent.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov Şuranın təşəbbüsü ilə KİV təmsilçilərinin müxtəlif təşkilatlar arasında görüşlərin keçirilməsinə start verildiyini söyləyib.

Çıxış edən Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov KİV nümayəndələrilə əməkdaşlıqda maraqlı olduğunu deyib. Lakin o, bəzi mətbuat nümayəndələrinin həqiqətə uyğun olmayan məlumatlar yazdığından da narazılığını ifadə edib.

Hüquq müdafiəçisi Səidə Qocamanlı çıxışında Penitensiar Xidmətin ümumi fəaliyyətindən razı qaldığını söyləyib. Mütəmadi olaraq cəzaçəkmə müəssisələrində monitorinqlər həyata keçirdiklərini deyən S.Qocamanlı bəzi yerlərdə neqativ halların olduğunu da etiraf edib. Həbsdə olan jurnalistlərlə də tez-tez görüşdüyünü deyən hüquq müdafiəçisi Müşfiq Hüseynovun sağlıq durumunun ağır olduğunu vurğulayıb: “Onun xəstəliyi ilə əlaqədar əfv olunması üçün ölkə başçısına müraciət etmişik. Ümidvarıq ki, müraciətimiz müsbət həllini tapacaq”.

Bir neçə ay əvvəl istifadəyə verilmiş Bakı İstintaq Təcridxanasındakı şəraitdən razı qaldığını deyən S.Qocamanlı orada bloqqerlər Emin Milli və Adnan Hacızadə ilə görüşməsindən də danışıb. Onun sözlərinə görə, baş çəkdikləri vaxt hər iki şəxsin saxlanma şəraiti yaxşı olub.

Tədbir zamanı jurnalistlərdən bir neçəsi cəzaçəkmə müəssisələrindən reportaj hazırlamaq istədiyini bildirib. M.Sadıqov da öz növbəsində KİV təmsilçilərindən bu məsələdə heç bir problemin olmadığını bildirib: “Müraciət edin, icazə veriləcək...”

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 451

Oxşar yazılar