“Akşam” qəzeti: Ermənilər jurnalistimizin fikirlərini təhrif edib
17 noyabr 2009 12:15 (UTC +04:00)

“Akşam” qəzeti: Ermənilər jurnalistimizin fikirlərini təhrif edib

“Mən inanmıram ki, bizim qəzetin müxbiri Nagehan Alçı Dağlıq Qarabağın erməni torpaqları olduğunu söyləsin”.

Bunu SİA-ya eksklüziv açıqlamasında Türkiyənin “Axşam” qəzetinin baş redaktoru İsmayıl Küçükkaya sözügedən qəzetin Ermənistana və oradan keçərək Dağlıq Qarabağa səfər edən müxbiri Nagehan Alçının Ermənistan İctimai Televiziyasına açıqlaması zamanı “Biz Türkiyədə yaşayanlar səhv etmişik, Qarabağ yüz faiz erməni ərazisidir və biz anladıq ki, siz bu torpaqları güzəştə getməməkdə kifayət qədər israrlısınız” fikirlərinə münasibət bildirərkən deyib.

O bildirib ki, N.Alçı sıradan bir müxbirdir. Onun nədən belə düşündüyün bilmək çətindir.
“Hazırda N.Alçının Ermənistana səfəri davam edir. Türkiyəyə dönən kimi onunla söhbət edəcəyəm və məsələni araşdıracağam. Biz Dağlıq Qarabağı hər zaman Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş əraziləri bilmişik. Bu, bir təcavüz faktıdır və kimsə bunu inkar edə bilməz. Mən əminəm ki, erməni mətbuatı N.Alçının sözlərini təhrif edib. Əgər o, doğurdanda belə deyibsə, çox səhv addım atıb”, - deyə İ.Küçükkya bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 511

Oxşar yazılar