“ABŞ Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır”
“ABŞ həm Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında, həm də Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır”.
Bu eksklüziv açıqlamanı APA-nın ABŞ-dakı müxbirinə amerikalı konqresmen ABŞ Konqresinin Avropa məsələləri üzrə alt komitəsinin sədri, Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvü Robert Veksler verib.
Türkiyə-Ermənistan münasibətlərinin Dağlıq Qarabağ münaqişəsinə təsirindən danışan Veksler deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması bu ölkələri digər regional problemlərin həllində iradə göstərməyə sövq edəcək.
Vekslerin fikrincə, Cənubi Qafqazın əsas problemləri həll olunduqdan sonra enerji təminatı və digər sahələrdə regionun rolu artacaq.
Konqresmen ötən ay Türkiyəyə rəsmi səfər etdiyini, bu ölkənin rəhbərləri ilə “Nabucco” layihəsini və digər məsələləri müzakirə etdiyini xatırladıb: “ABŞ və Türkiyə regiondakı tərəfdaşları ilə münasibətlərdə eyni enerji siyasəti yürüdür. Azərbaycan bu məsələlərdə vacib rol oynayır”.
Konqresmen onu da vurğulayıb ki, ABŞ “Nabucco” və “Cənub axını” layihələrini rəqib saymır.

457