Bu gün Milli Dirçəliş Günüdür
Meydan hərəkatının 21-ci ili tamam olur
Bu gün Azərbaycanın Milli Dirçəliş Günüdür. Lent.az-ın məlumatına görə, 17 il bundan əvvəldən – 1992-ci ildən etibarən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur. 17 noyabr 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Yəni bu gün Meydan hərəkatının 21-ci ili tamam olur.
1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan (həmin vaxt Leninin adına daşıyan) Azadlıq Meydanında Qarabağ məsələsində Respublika və İttifaq orqanlarının Azərbaycan xalqına zidd siyasət apardıqlarına görə cəmiyyətin müddətsiz mitinqi başlanıb. Bu faktiki olaraq Azərbaycan xalqının öz ölkəsinin ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizəyə qalxması demək idi. Az müddət ərzində milyonlarla insan bu hərəkata qoşulub. 17 gündən çox davam edən kütləvi etiraz aksiyaları isə bu hərəkatın ən pik nöqtələrindən biri idi. Sonradan Azərbaycan xalqı təşkilatlanaraq bu mübarizəni daha mütəşəkkil şəkildə davam etdirdi və 1920-ci ildə bolşevik istilası nəticəsində itirdiyi müstəqilliyini 1991-ci ildə bərpa etdi. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və ölkənin istiqlaliyyət qazanmasında əsas amil sayılır.
Milli Məclisin 2006-cı ildə Əmək Məcəlləsinə etdiyi əlavə və dəyişikliklərdən sonra 17 noyabr qeyri-istirahət (iş) günü sayılır.
Pərvin ABBASOV

485