Erməni mətbuatı prezidentlərin növbəti görüşü barədə yazır
Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüş Almaniyanın Münhen şəhərində keçirilə bilər.
APA-nın məlumatına görə, bu barədə Ermənistanın News.am saytı xəbər yayıb. Saytın yazdığına görə, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri bu görüşü hazırlamaq məqsədi ilə bu həftə regiona növbəti səfər edəcəklər.
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov prezidentlərin budəfəki görüşünün Avropa şəhərlərindən birində keçiriləcəyini, görüşün dəqiq yeri və tarixi barədə məlumatın yaxın günlərdə məlum olacağını qeyd edib.
Nazir vasitəçilərin təkrarən regiona səfər edəcəyi barədə onda məlumatın olmadığını da bildirib.

399