“Seçkinin təxirə salınmasından söhbət gedə bilməz”
16 noyabr 2009 11:30 (UTC +04:00)

“Seçkinin təxirə salınmasından söhbət gedə bilməz”

Əli Həsənov parlament seçkilərinin təxirə salınması təklifinə münasibət bildirib


“Bu gün nəinki Azərbaycan dövlətinin seçkilər keçirməyə pulu var, biz hətta başqa dövlətlərə seçki keçirmək üçün yardım etmək imkanına malikik”.


APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov millət vəkili Aydın Həsənovun gələn il Azərbaycanda keçiriləcək parlament seçkilərinin təxirə salınması barədə Milli Məclisdəki çıxışına münasibət bildirərkən deyib.


Əli Həsənov bildirib ki, Azərbaycanda demokratik hakimiyyət bölgüsü, seçkilər, eləcə də digər ümumrespublika tədbirləri müvafiq qrafikə uyğun olaraq həyata keçirilir: “Bunların təxirə salınmasından söhbət gecə bilməz. Belə məsələlərin qaldırılması cəfəngiyatdır ”.


YAP sədrinin müavini Əli Əhmədovun həmin təklifi dəstəkləməsi barədə suala Ə.Həsənov belə cavab verib: “Düşünmürəm ki, Əli Əhmədov Aydın Həsənovu dəstəkləyib”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419

Oxşar yazılar