Əli Həsənov bloggerlərin həbsinə münasibət bildirdi
“Azərbaycanda hər il xuliqanlıq maddəsi üzrə yüzlərlə məhkəmə hökmü çıxarılır, niyə yalnız bu iki gəncin həbsinə münasibət bildirilir?”
“Azərbaycan cəmiyyəti sözün həqiqi mənasında o səviyyəyə gəlib çatıb ki, burada bir hakimiyyətin digərinin səlahiyyətinə qarışması, müdaxilə etməsi yolverilməzdir. Azərbaycan Avropa hüquq məkanına daxil olmuş dövlətdir və Azərbaycan məhkəmələrini qərarları ilə razılaşmayan vətəndaşlar İnsan Haqları üzrə Avropa Məhkəməsinə müraciət edə bilər”.
APA-nın məlumatına görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov gənc bloqqerlərlə bağlı məhkəmə qərarına münasibət bildirərkən deyib. İcra hakimiyyəti orqanlarının məhkəmələrin işinə qarışmaq səlahiyyətində olmadığını bildirən Ə. Həsənovun sözlərinə görə, beynəlxalq təşkilatların bu məsələ ətrafında həyata keçirdiyi müxtəlif etiraz aksiyaları, Azərbaycanın daxili və xaricində bu məsələnin müzakirəyə çıxarılmasında müəyyən qədər qərəz var: “Azərbaycanda hər il xuliqanlıq maddəsi üzrə onlarla, yüzlərlə bu tipli məhkəmə hökmləri çıxarılır. Nəyə görə onların heç birinə reaksiya verilmədiyi halda, məhz bu iki gəncin həbsinə belə münasibət bildirilir? Əlbəttə, onlar deyə bilər ki, bu iki gənc bloggerdir, onlar daha çox intellektlidir, Qərbə daha çox yaxındır. Amma Azərbaycan qanunlarında və Azərbaycan Cinayət Məcəlləsində belə təsnifat yoxdur ki, kim daha çox intellektlidir ona daha az iş verilsin, kim daha çox Qərbə və yaxud hansısa ölkəyə yaxındır ona az iş verilsin”.

Oxşar yazılar

"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07
Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35