Bu gün DSK-lara sənəd qəbulu başa çatır
13 noyabr 2009 14:15 (UTC +04:00)

Bu gün DSK-lara sənəd qəbulu başa çatır

Bələdiyyə üzvlüyünə namizədlərin imza vərəqələrini və digər zəruri sənədləri dairə seçki komissiyalarına (DSK) təqdim etmək üçün müəyyənləşdirilmiş vaxt bu gün saat 18.00-da başa çatır. Bu barədə Lent.az-a Mərkəzi Seçki Komissiyası (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

Noyabrın 12-nə olan məlumata görə, 1718 bələdiyyə üzrə 34 514 nəfərin namizədliyi təsdiqlənib, 27 177 nəfərin namizədliyi qeydə alınıb. Lakin sonuncu qeydiyyat günündən sonra namizədlərin sayının artacağı gözlənilir.

Dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 399

Oxşar yazılar