Qüdrət Həsənquliyev: “AZAL Naxçıvanı havadan blokadaya aldı”
11 noyabr 2009 17:30 (UTC +04:00)

Qüdrət Həsənquliyev: “AZAL Naxçıvanı havadan blokadaya aldı”

“Ermənilər Naxçıvanı blokadaya almışdı, “AZAL” da güzəştləri ləğv edərək qiymətləri artırmaqla, Naxçıvanı havadan blokadaya aldı”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.

Onun sözlərinə görə, Naxçıvana gedişhaqqının bu səviyyədə olması düzgün deyil. “AZAL” prezidenti Cahangir Əsgərovun səfərlərə həmişə xüsusi təyyarə ilə getdiyini deyən Q.Həsənquliyev bunu da düzgün saymadığını bildirib: ““AZAL” prezidentinin ayrıca təyyarəsi, vertolyotu və at zavodu var”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365

Oxşar yazılar