İsrail səfiri Gəncədə olub
Səfir Mixael Lavon Latem Gəncə şəhər icra hakimiyyətinin başçısı ilə görüşüb
Noyabrın 11-də İsrailin Azərbaycandakı səfiri Mixael Lavon Latem qərb bölgəsinə səfəri çərçivəsində Gəncədə olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səfir Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdə diplomata Gəncə və onun müxtəlif sahələrdəki potensialı, inkişafı barədə məlumat verilib.
Görüşdən sonra KİV nümayəndələrinə açıqlama verən səfir Mixael Lavon Latem bildirib ki, qərb bölgəsinə olduğu kimi, Gəncəyə səfərin də əsas məqsədi tanışlıq, yerli iş adamları ilə İsrailli iş adamlarının birgə fəaliyyəti üçün imkanları araşdırmaqdır. “İsrail şirkətləri ilə iş birliyinin müsbət nəticəsi Şəmkirdə yeni istixananın yaradılmasıdır. Bu kimi layihələrin sayını çoxaltmaq olar. Gəncədə investisiya qoyuluşu üçün imkanlar araşdırıldı. Bu məlumatları dəyərləndirəcəyik”, - deyə, səfir bildirib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırıldı
2 iyul 2025 , 17:32
İran Hörmüz boğazını minalamağa hazırlaşırmış: detallar AÇIQLANDI
2 iyul 2025 , 15:04
Milli Məclisdən xaricdə yaşayan həmvətənlərimizə ÇAĞIRIŞ
2 iyul 2025 , 11:35
Ukrayna prezidenti İlham Əliyevə zəng edib
1 iyul 2025 , 19:09
İran Azərbaycan mediasını niyə terrorla hədələyir?
1 iyul 2025 , 17:27
Bakıdan Rusiya prezidentinin xüsusi nümayəndəsinə CAVAB
1 iyul 2025 , 17:07
Rusiya Azərbaycana nota verdi
1 iyul 2025 , 16:07