İsrail səfiri Samuxda olub
10 noyabr 2009 18:00 (UTC +04:00)

İsrail səfiri Samuxda olub

Səfir Samuxa İsrailin kənd təsərrüfatı sahəsi üzrə fəaliyyət göstərən aparıcı şirkətlərinin nümayəndələri ilə səfər edib

Noyabrın 10-da İsrailin ölkəmizdəki səlahiyyətli səfiri Mixael Lavon Latem ölkəsinin kənd təsərrüfatı sahə üzrə fəaliyyət göstərən 5 aparıcı şirkətinin nümayəndələri ilə birgə Samuxa səfər edib. Səfərin əsas məqsədi Samuxla tanışlıq, bu rayona investisiya qoyuluşu üçün imkanların araşdırılması olub. Lent.az-ın Gəncəbasar müxbirinin verdiyi məlumata görə, səfir və digər qonaqlar rayon İcra Hakimiyyətində olublar və rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevlə geniş söhbət aparıblar.

Söhbət zamanı İsrailli diplomata Samux və onun kənd təsərrüfatı sahəsindəki potensialı barədə məlumat verilib. Rayonda fəaliyyət göstərən müəssisələrin işindən də geniş danışılıb. V.Hacıyev burada yetişən kənd təsərrüfatı məhsullarının xaricə ixrac edildiyini də diqqətə çatdırıb.

Balıqçılıqla maraqlanan qonaqlara bildirilib ki, bu sahənin inkişafı üçün şərait var və balıqçılıqla bağlı investisiyaların yatırılması müsbət nəticə verə bilər. Turizm sahəsi üzrə də iş qurmaq imkanı var.

İsrail səfiri deyilənlərin dəyərləndiriləcəyini diqqətə çatdırıb. İş adamlarının daha çox balıqçılıqla bağlı iş qurmaq istəyində olduğu vurğulanıb. Samuxlu sahibkarlarla əlaqələrin qurulacağı və gücləndiriləcəyi bildirilib. Daha sonra qonaqlar Az-Rus Dostluq Cəmiyyətində olublar. Burada kənd təsərrüfatı məhsullarının becərildiyi istixanaya baxış keçiriblər.

Vüsalə Cənnətova
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762

Oxşar yazılar