Oqtay Əsədov: “Bu nədir, yenə maşın söhbəti salmısınız?!”
10 noyabr 2009 15:36 (UTC +04:00)

Oqtay Əsədov: “Bu nədir, yenə maşın söhbəti salmısınız?!”

Deputat Nazim Məmmədov parlament üzvlərinə avtomobil alınmasını təklif edir

Milli Məclisin bu gün keçirilən iclasında deputat Nazim Məmmədov deputatlara avtomobil alınması, həmçinin millət vəkillərinin maddi durumunun yaxşılaşdırılmasının da 2010-cu il dövlət büdcəsi layihəsində nəzərə alınmasını istəyib. Lent.az-ın məlumatına görə, N.Məmmədov arqument olaraq dövlət müəssisələrində çalışan şəxslərə maaşdan əlavə vəsaitlərin verilməsinin nəzərdə tutulması ilə izah edib.

Milli Məclisin spikeri Oqtay Əsədov isə deyib ki, parlamentə dövlət tərəfindən hər cür yardım edir: “Bu nədir yenə maşın söhbəti salmısınız?! MDB ölkələri arasında bir dövlətdən başqa heç birində deputatlara avtomobil verilmir. Biz burada büdcədən danışırıq, Siz isə maşından danışırsınız…”

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 542

Oxşar yazılar