Xaliq Bahadır AXCP-dəki vəzifələrindən istefa verdi
“Bu addımı Mirzə Sakitə qarşı edilən qanunsuzluğa görə atmışam”
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) funksionerlərindən olan tanınmış yazar Xaliq Bahadır partiyanın Rəyasət Heyəti və Ali Məclis üzvlüyündən istefa verib. X.Bahadır Lent.az-a açıqlamasında faktı təsdiqləyib. O, hazırda AXCP-də yalnız sıravi üzv kimi qaldığını deyib: “Bu addımı Mirzə Sakitə qarşı edilən qanunsuzluğa görə atmışam. Bu gün sədr Əli Kərimli ilə də danışmışam”.
O, “Azadlıq” qəzetində yazar kimi fəaliyyətini davam etdirəcəyini bildirib: “Partiya Rəyasət Heyəti və Ali Məclisindən çıxmağım həm də AXCP rəhbərliyinin məsələyə müdaxilə edərək Mirzə Sakitin pozulan hüquqlarının bərpası ilə əlaqədardır”.
Xaliq Bahadır “Mirzə Sakitin hüquqlarının qorunacağı təqdirdə, yəni “Azadlıq” qəzetinə qaytarılacağı halda“ AXCP Rəyasət Heyəti və Ali Məclisinə qayıdacağını da bildirib.
Xatırladaq ki, bir neçə gün öncə “Azadlıq” qəzeti Mirzə Sakitlə (Sakit Zahidov) əməkdaşlığı kəsdiyini bəyan edib.
Pərvin ABBASOV

570