Ərdoğan Obamadan Qarabağ münaqişəsinin həllini istəyəcək
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı prezident Barak Obamadan Dağlıq Qarabağ münaqişəsinin həllini qəti şəkildə tələb edəcək.
APA-nın Türkiyənin “Cumhuriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ərdoğan Obamaya problemin 2010-cu ilin sonuna qədər həll edilməyəcəyi təqdirdə Ermənistanla münasibətlərin normallaşdırılması prosesini donduracaqlarını bildirəcək. Türkiyənin baş naziri ABŞ prezidentindən ATƏT-in Minsk Qrupu həmsədrlərinin öz fəaliyyətlərini daha da fəallaşdırmasını da istəyəcək.
Xatırladaq ki, Ərdoğan dekabrın 7-də ABŞ-a gedəcək.

355