Bayrağımız 91 yaşında
09 noyabr 2009 11:30 (UTC +04:00)

Bayrağımız 91 yaşında

Milli ideologiyamızın əsas prinsipləri bayrağımızın rənglərində əksini tapıb


1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası üçrəngli bayrağımızla bağlı qərar qəbul edib. Bu gün bayrağımızın yarandığı gün kimi qəbul edilir.


Qeyd edək ki, üçrəngli bayraq ideyasının ilk müəllifi Əli bəy Hüseynzadədir. Mavi rəng türklüyü, qırmızı rəng müasirliyi, yaşıl rəng islamı təmsil edir. Başqa sözdə, türkləşmək, müasirləşmək və dinimizə bağlılıq milli ideologiyamızın əsas prinsipləri kimi bayrağımızın rənglərində əksini tapıb.


Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti Gəncədə fəaliyyət göstərdiyi dövrdə istifadə olunan bayraq türk bayrağına oxşar qırmızı rəngdə olub. Azərbaycanda üçrəngli dövlət bayrağı ilə bağlı qərar isə 5 ay sonra, hökumət Bakıda fəaliyyət göstərən zaman qəbul edilib.

1920-ci il aprelin 28-də Cümhuriyyət süqut etdikdən və sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilib.


70 il sonra 1990-cı il, 17 noyabrda Naxçıvanda Heydər Əliyevin rəhbərliyi ilə bu bayraq Naxçıvan MR-ın dövlət bayrağı kimi qəbul edilib.

1991-ci il oktyabrın 18-də müstəqillik haqda Konstitusiya Aktı qəbul olunub və üçrəngli bayrağımız Azərbaycan Respublikasının dövlət bayrağı kimi yenidən dalğalanmağa başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 312

Oxşar yazılar