XİN-dən Ukrayna xəbərdarlığı
Xarici İşlər Nazirliyi (XİN) Ukraynaya getməyi planlaşdıran Azərbaycan vətəndaşlarına xəbərdarlıq edib.
XİN mətbuat katibi Elxan Poluxovun APA-ya bildirdiyinə görə, Ukraynaya səfər etməyi planlaşdıran vətəndaşlara xəbərdarlıq edilir ki, hazırda Ukraynada A/H1N1 («donuz qripi») virusu pandemiya forması alıb və bir çox tələfatla müşahidə olunur.
“Bununla bağlı biz Ukraynaya getməyi planlaşdıran vətəndaşlarımızı ehtiyatlı olmağa çağırırıq. Problem yarandığı halda səfirliyə müraciət etsinlər, tələb olunan halda Azərbaycan Xarici İşlər Nazirliyi ilə əlaqə saxlasınlar”, - deyə E. Poluxov bildirib.

353