Dmitri Medvedyev şeyxi “Şərəf” ordeni ilə təltif etdi
06 noyabr 2009 13:30 (UTC +04:00)

Dmitri Medvedyev şeyxi “Şərəf” ordeni ilə təltif etdi

Rusiya prezidenti Hacı Allahşükür Paşazadəyə telefon açıb


Rusiya prezidenti Dmitri Medvedyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə zəng vuraraq onu anadan olmasının 60 illiyi və QMİ sədri postunda fəaliyyət göstərməsinin 30 illiyi münasibətilə təbrik edib.


APA-nın Rusiya prezidentinin rəsmi saytına istinadən yaydığı məlumata görə, dövlət başçısı Şeyxülislama uzun ömür, cansağlığı arzulayıb. Dmitri Medvedyev Şeyxülislam Hacı Allahşükür Paşazadəninin “Şərəf” ordeni ilə təltif olunması haqqında sərəncam imzaladığını xatırladaraq bildirib ki, bu orden QMİ sədrinin dinlərarası dialoqda, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsində oynadığı rola verilən yüksək qiymətin təcəssümüdür.

Rusiya prezidentinə təşəkkür edən Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib ki, iki
ölkənin xalqları arasında qarşılıqlı etimad və inamın, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 377

Oxşar yazılar