Moldova üzünü GUAM-a çevirir
04 noyabr 2009 16:30 (UTC +04:00)

Moldova üzünü GUAM-a çevirir

Rusiya mətbuatı Azərbaycanın “Nabucco” layihəsini həyata qaytardığını yazır, Moskvanı adekvat addımlar atmamaqda günahlandırır



Moldavanın spirtli içkilərinin Rusiya ərazisinə idxalına qadağa qoyulması, daha sonra Moskvanın prezident seçkilərində Vladimir Varoninə dəstək verməsi bu ölkənin GUAM-dan çıxması məsələsini gündəmə gətirmişdi. Vladimir Varonin Moldovanın GUAM-ın perspektivinə inanmadığını və qurumdan çıxa biləcəyini bəyanlamışdı. Ancaq parlament seçkilərində qərbyönümlü müxalifətin qalib gəlməsi, prezident dəyişikliyi Kişinyovun mövqeyini dəyişib.


Lent.az-ın “finance.ua” saytına istinadən verdiyi məlumata görə, Avropaya inteqrasiya üzrə nazir Yuri Lenke deyib ki, Moldova rəsmən GUAM-dan çıxmayıb və yenidən GUAM
çərçivəsində aktual əməkdaşlığa hazırdır.


Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sədri Raisa Boqatıreva da bildirib ki, Moldova prezidenti də onunla görüşdə ölkəsinin yenidən GUAM-la aktiv əməkdaşlıq edəcəyini təsdiqləyib.


Rusiya mətbuatı isə yenidən aktivləşən GUAM-a qarşı Moskvanı adekvat addımlar atmamaqda günahlandırıb. NATO nümayəndə heyətinin regiona səfəriylə Moldovanın bəyanatlarının eyni vaxtda düşməsinə də diqqət çəkilib. “Rosbalt” agentliyi isə yazıb ki, Azərbaycan da GUAM çərçivəsində fəallaşır, “Nabucco”nu həyata qaytarır, layihənin gerçəkləşməsi istiqamətində aktiv fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, “Rosbalt” agentliyi yazıb ki, GUAM-ın taleyi Ukraynada keçirilən seçkilərdə həll olunacaq, Regionlar Partiyasının lideri Viktor Yanukoviç prezident seçkilərində qalib gəlsə, GUAM yenə süstləşəcək və tarixin arxivinə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1515

Oxşar yazılar