Ziyafət Əsgərov: “Əlimizdəki vəsaiti hara gəldi xərcləmək olmaz”
“Əlbəttə mən də istəyərəm ki, Azərbaycan dövlət büdcəsinin 10,7 faizi yox, 15 faizi müdafiə xərclərinə ayrılsın.
Ancaq nəzərə almaq lazımdır ki, dövlət büdcəsindən orduya ayrılan vəsaitlər azalmır, əskinə, hər il artır. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsi çox təmkinli hazırlanıb”.
APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov “2010-cu ilin dövlət büdcəsi haqqında” qanun layihəsi parlamentin komitələrinin birgə iclasında müzakirə olunarkən deyib. Onun sözlərinə görə, orduya vəsait ayrılmaqla yanaşı, həm də bu sahəyə investisiya qoyulur.
Z.Əsgərov bildirib ki, investisiyalar fayda gətirən sahələrə qoyulmalıdır: “Ancaq biz büdcə vəsaitlərini qənaətlə xərcləməliyik. Hələ bilmirik ki, “donuz qripi” bizim büdcəyə nə qədər ziyan vuracaq. Bu virusun təhlükəsinə görə az qala Ukraynanın baş naziri maska ilə gəzir. Bundan əlavə, biz bilmirik ki, Dağlıq Qarabağ münaqişəsi sülh və ya müharibə ilə bitəcək. Yəni demək istəyirəm ki, əlimizdəki vəsaiti hara gəldi xərcləmək olmaz”.

996