Ramil Usubov n İşıq Koşanərlə görüşüb
03 noyabr 2009 17:45 (UTC +04:00)

Ramil Usubov n İşıq Koşanərlə görüşüb

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 3-də ölkəmizdə səfərdə olan Türkiyənin Quru Qoşunları Komandanı, Ordu generalı İşıq Koşanərin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Lent.az-ın DİN-in saytına istinadən məlumatına görə, daxili işlər naziri son illər iki ölkənin Silahlı Qüvvələri, daxili işlər orqanları, həmçinin, Türkiyə Jandarm Komandanlığı ilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasında əlaqələrin daha da inkişaf edərək yeni məzmun kəsb etdiyini, əməkdaşlığın geniş yayılmış formalarından səmərəli şəkildə istifadə edildiyini, bu istiqamətdə kadr hazırlığına böyük önəm verildiyini bildirib.


Ramil Usubov Türkiyə Quru Qoşunları Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına müsbət təsir göstərəcəyinə, iki qardaş dövlətin müvafiq qurumları ilə əməkdaşlığın potensial imkanlarından bundan sonra da səmərəli istifadə olunacağına əminliyini ifadə edib.


İşıq Koşanər Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını, onun ordusunun, Silahlı Qüvvələrinin inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəklərini, qarşılıqlı əlaqələrin və əməkdaşlığın hər iki qardaş xalqın mənafelərinə xidmət edəcəyini deyib.


Görüşdə Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hülusi Kılıc iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 521

Oxşar yazılar