Bələdiyyə seçkilərinə qatılan partiyaların sayı 18-ə çatdı
Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir. Bu günə kimi 1718 bələdiyyə üzrə 28 826 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə Lent.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib.
Həmin şəxslərdən 5534 nəfəri qadınlardır. Namizədliyi təsdiqlənən şəxslərin 14 298-i ali təhsillidir.
Namizədliyi təsdiqlənmiş şəxslərdən 27 728 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri almış, həmin şəxslərin 17 437 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 841 bələdiyyə üzrə 7927 nəfərin namizədliyi qeydə alınıb.
Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 8045 nəfəri bitərəfləri, digərləri isə 30 siyasi partiyanı əhatə edirlər. 18 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.
Xatırladaq ki, builki seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
Pərvin ABBASOV

411