“Azan məsələsindən istifadə olunur”
03 noyabr 2009 13:15 (UTC +04:00)

“Azan məsələsindən istifadə olunur”

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov azana qadağa qoyulması məsələsinə münasibət bildirib


“Təəssüf edirik ki, azan məsələsindən uzun müddətdir, spekulyasiya yönündə istifadə olunur. Bəzi dairələr bunu xüsusi olaraq şişirdilmiş formada qələmə verməyə çalışırlar. Halbuki bu, sadəcə olaraq, normal hüquqi, dünyəvi dövlətdə yaşanan və qanunla tənzimlənən bir prosesdir”.


Bu sözləri APA-ya açıqlamasında Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ölkədə azana qadağa qoyulması ilə bağlı məlumatlara münasibət bildirərkən deyib.


“Azərbaycan prezidentinin 2008-ci il iyulun 8-də imzaladığı fərmanla “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları” təsdiq edilib. Həmin normalar “Ekoloji təhlükəsizlik haqqında”, “Sanitariya və epidemioloji salamatlıq haqqında” qanunlara əsasən hazırlanıb” deyən şöbə müdirinin sözlərinə görə, bu normalar yaşayış və ictimai binalarda, yaşayış tikililəri ərazisi, habelə insanların cəmləşdiyi digər yerlərdə səs-küyün yolverilən səviyyələrini və vibrasiyaya olan tələbləri müəyyənləşdirir.


Ə. Həsənov bu qanunların da, prezident fərmanının da xüsusi səs-küylü tədbirlərin həyata keçirilməsini tənzimlədiyini bildirib: “Bu tədbirlər məscidlərdə səsgücləndiricilər vasitəsilə yayılan azanlara da aiddir. Həmin qanunların tələblərinə müvafiq olaraq məscidlərdə səsgücləndiricilər vasitəsilə yayılan azan səsləri mövcud normalara cavab verməlidir. Onun ətrafda hansı məsafədən eşidilməsi normaları müəyyən olunmalıdır. İstər bu, istərsə də şadlıq evlərində həyata keçirilən şadyanalıq və salyut tədbirləri də bu qanunlara müvafiq tənzimlənir. Məscidlərdə də səsgücləndiricilər vasitəsilə azanın yayılmasının normaya salınması da məhz bu qanunvericiliyin tələblərinə müvafiq olaraq həyata keçirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 575

Oxşar yazılar