Bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb
30 oktyabr 2009 14:30 (UTC +04:00)

Bələdiyyə seçkilərində 16 siyasi partiya namizəd irəli sürüb

Bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi davam edir.


Bu günə kimi 1718 bələdiyyə üzrə 25 614 nəfərin namizədliyi təsdiq edilib. Bu barədə Lent.az-a Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Həmin şəxslərdən 4904 nəfəri qadındır. Namizədliyi təsdiqlənən şəxslərin 12723-ü ali təhsillidir.


Namizədliyi təsdiqlənmiş şəxslərdən 24117 nəfəri dairə seçki komissiyalarından imza vərəqələri alıb, həmin şəxslərin 8773 nəfəri isə namizədliklərinin qeydə alınması üçün tələb olunan sayda imzaları toplayaraq imza vərəqələrini və digər zəruri seçki sənədlərini müvafiq dairə seçki komissiyalarına təqdim ediblər. Artıq 398 bələdiyyə üzrə 2224 nəfərin namizədliyi qeydə alınıb.


Namizədlikləri özü tərəfindən irəli sürülən şəxslərdən 6504 nəfəri bitərəfləri, digərləri
isə 28 siyasi partiyanı əhatə edir. 16 siyasi partiya isə rəsmi olaraq seçki marafonuna qoşularaq bələdiyyə üzvlüyünə namizədlərini irəli sürüb.


Xatırladaq ki, dekabrın 23-də keçiriləcək seçkilərdə 1718 bələdiyyə üzrə 15 682 bələdiyyə üzvü seçilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar