Bakıda “Həmas” söhbəti
29 oktyabr 2009 14:00 (UTC +04:00)

Bakıda “Həmas” söhbəti

Bakıda səfərdə olan Fələstin Muxtariyyətinin xarici işlər naziri Riyad Əl-Maliki “Həmas” Hərəkatının əhalini prezident seçkisində səs verməməyə çağırmasına münasibət açıqlayıb.


Lent.az-ın məlumatına görə, bu mövzu ilə bağlı fələstinli nazirə azərbaycanlı jurnalistlərdən biri sual verib. Riyad Əl-Maliki isə “Həmas”ın mövqeyinin düzgün olmadığını deyib: “Ölkə Konstitusiyasına əsasən, Fələstin Muxtariyyətində seçkilərin keçirilməsi seçki günündən 3 ay əvvəl elan edilməlidir. Seçkinin elan edilməsi barədə qərarı isə dövlət başçısı verməlidir. Fələstin prezidenti Mahmud Abbas Konstitusiyanın bütün tələblərinə uyğun hərəkət edir. Kim ki, Konstitusiyanın bu maddəsini pozur, həmin şəxslər seçkilərdən və onun nəticələrindən qorxur.


Ümid edirik ki, prezident seçkisi elan olunduğu vaxtda keçiriləcək. Əgər “Həmas” Hərəkatı buna zidd olacaqsa, bu, o demək olacaq ki, onlar seçkilərdən hakimiyyətə gəlmək üçün istifadə etmək istəyir. Təbii ki, onlar seçkilərdən qorxurlar. Ancaq biz ümid edirik ki, seçki vaxtında keçiriləcək”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 391

Oxşar yazılar