Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana gələcək
29 oktyabr 2009 13:45 (UTC +04:00)

Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana gələcək

ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistana səfər edəcək.


Lent.az-ın xəbərinə görə, bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib. O bildirib ki, həmsədrlərin regiona səfəri noyabr ayının birinci həftəsində gerçəkləşəcək: “Biz müzakirələri əsas baza prinsipləri əsasında davam etdirəcəyik”.

Bu ilin dekabrında Afinada (Yunanıstan) ATƏT xarici işlər nazirlərinin görüşü çərçivəsində Azərbaycan və Ermənistan XİN başçılarının görüşüb-görüşməyəcəyi barədə sualı cavablandırarkən isə E.Məmmədyarov bunları deyib: “Bu, ilk növbədə həmsədrlərin noyabr ayında bölgəyə edəcəyi səfər zamanı hansı nəticə əldə olunmasından asılıdır”.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar