Türkiyə XİN rəsmi açıqlama yaydı
29 oktyabr 2009 10:45 (UTC +04:00)

Türkiyə XİN rəsmi açıqlama yaydı

“Türkiyə və Azərbaycanın türk millətinin iki bayrağına dərin hörmətlə yanaşacaqlarına şübhə yoxdur”


Türkiyənin Xaricə İşlər Nazirliyi Bakıdakı Türk Şəhidliyində Türkiyə bayraqlarının yenidən dalğalanması ilə bağlı bu gün rəsmi açıqlama yayıb.

Lent.az-ın Türkiyənin Xarici İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada bayraqların yenidən Türk Şəhidliyində dalğalanmasının məmnunluqla qarşılandığı bildirilir.

Türkiyə Xarici İşlər Nazirliyi vurğulayır ki, Türkiyə və Azərbaycan keçmişdə bayraq və müstəqillik uğrunda çoxlu şəhid verib, bir millətin bu iki dövləti bayrağın müstəqilliyini yüksək dəyərləndirəcək durumdadırlar.

Qeyd olunur ki, xarici işlər naziri Əhməd Davudoğlu Bakıda olarkən Azərbaycan bayrağının Türkiyədə, Türkiyə bayrağının Azərbaycanda yad ölkə bayrağı kimi qəbul edilmədiyini söyləyib.

Açıqlamada daha sonra vurğulanır ki, Türkiyə və Azərbaycanın türk millətinin iki bayrağına dərin hörmətlə yanaşacaqlarına şübhə yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar