Prezident İlham Əliyev Abdulla Gülə zəng edib
29 oktyabr 2009 10:00 (UTC +04:00)

Prezident İlham Əliyev Abdulla Gülə zəng edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Türkiyədən olan həmkarı Abdulla Gülə telefonla zəng edib.


Lent.az-ın məlumatına görə, İlham Əliyev Abdulla Gülü ad günü və Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik edib.

O, Türkiyə prezidentinə can sağlığı, fəaliyyətində uğurlar və Türkiyə xalqına firavanlıq arzulayıb.

Abdulla Gül təbriklərə və göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib, Azərbaycan xalqına ən xoş arzularını çatdırıb.

Telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 365

Oxşar yazılar