Türkiyəli deputatlar Şəhidlər Xiyabanını ziyarət etdilər
28 oktyabr 2009 16:30 (UTC +04:00)

Türkiyəli deputatlar Şəhidlər Xiyabanını ziyarət etdilər

Murad Mərcan: “Erməni protokollarının məclisdə müzakirəsi ilə bağlı tarix müəyyənləşməyib”

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri Şəhidlər Xiyabanını ziyarət ediblər.


Lent.az-ın müxbirinin verdiyi məlumata görə, TBMM xarici işlər komissiyasının sədri Murad Mərcan bildirib ki, onların Azərbaycana səfərə gəldikləri gün Şəhidlər Xiyabanındakı Türk Şəhidliyində bayraqların yenidən dalğalanmasını sevinclə qarşılayıblar. O, bu gün prezident İlham Əliyevlə görüşdüklərini də açıqlayıb: “Görüşdə Türkiyə - Azərbaycan münasibətlərinə xüsusi önəm verdiyimizi prezidentin diqqətinə bir daha çatdırdıq”.


Türkiyə ilə Ermənistan arasında imzalanan protokollara toxunan Mərcan bu sənədlərin xarici işlər komissiyasından keçib-keçməyəcəyi ilə bağlı sualı da cavablandırıb. Onun sözlərinə görə, komissiyada 2007-ci ildən baxılmağa verilən protokollar, anlaşmalar var. Onlara mərhələ-mərhələ baxılır. Millət vəkili erməni protokollarının TBMM-də müzakirəsi ilə bağlı tarixin də hələ müəyyənləşmədiyini açıqlayıb. Onun fikrincə, Türkiyə Azərbaycanı üzəcək heç bir addım atmayacaq.


Səfər proqramları haqda da məlumat verən Mərcan bu gün Milli Məclis rəhbərliyi, xarici əlaqələr komissiyası ilə görüşlər keçirəcəklərini söyləyib.

Nümayəndə heyətinin tərkibində yer alan Milliyətçi Hərəkat Partiyasından olan millət vəkili Şenol Bal isə Lent.az-a açıqlamasında bildirib ki, son anadək protokolların həm TBMM-in xarici işlər komissiyasında, həm də TBMM-də müzakirəyə çıxmasının qarşısını almaq üçün fəallıq göstərəcəklər. Onun sözlərinə görə, səfərdə məqsəd Türkiyə - Azərbaycan münasibətlərində son dövrlər bayraq məsələsi ilə əlaqədar yaranan problemlərin aradan qaldırılmasına nail olmaqdır.

Ramiz
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 363

Oxşar yazılar