Ermənilər Zəngilandakı çoxillik ağacları məhv ediblər
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının növbəti ildönümü ilə bağlı açıqlama yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada qeyd edilib ki, Nazirliyin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair aşağıdakı faktları aşkarlayıb:
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq içlik materialı kimi daşınıb.
Ermənistan ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirib, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.
Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədib, Meşə Təsərrüfatı İdarəsinin inzibati binasını yandırıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar və şam ağaclarını tamamilə qırıblar.
Daş-başı və Leşkar meşələrində də yanğın törədilib, sözügedən meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınmışdır.
Əldə edilmiş video çəkilişlərdən rayonun Alıbəyli kəndində həmişəyaşıl çoxillik ağacların qırıldığı, həyətyanı sahələrdə minlərlə meyvə ağaclarının yalnız kötükləri və cavan pöhrələrinin qaldığı, çoxillik qiymətli qoz, çinar və gəvən ağaclarının kəsildiyi, yol ətrafında ayland ağaclarının təbii meşələrinin və böyürtkən kolluqlarının əmələ gəldiyi görünür.
Qeyd olunub ki, 1993-cü il oktyabrın 29-da erməni işğalçıları tərəfindən işğal olunan Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vecnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları yayılıb.

680