Bayraq məsələsi Türkiyə parlamentində
27 oktyabr 2009 15:00 (UTC +04:00)

Bayraq məsələsi Türkiyə parlamentində

Türkiyə-Ermənistan futbol matçında Azərbaycan bayraqlarının stadiona buraxılmaması ilə bağlı məsələ Türkiyə Böyük Millət Məclisində (TBMM) müzakirə olunacaq.


Lent.az-ın yerli mətbuata istinadən verdiyi məlumata görə, bu, MHP-dən olan millət vəkilinin hazırladığı araşdırma təklifindən sonra gündəmə gəlib.


Tarixi matçdan əvvəl və sonra yaşananlarla bağlı MHP-nin Bursadan seçilmiş millət vəkili H. Hamit Homraşın hazırladığı və 40 millət vəkilinə imza atdırdığı təklif TBMM-ə təqdim olunub.


Məktubda Türkiyə-Ermənistan matçında FİFA-nın Azərbaycan bayraqlarına qoyduğu qadağanın, dəvətnamələrin hansı meyarlarla paylanmasının səbəblərini araşdırmaq xahiş olunur.


“Stadiona buraxılmayan Azərbaycan bayraqları mətbuatda əks olunan şəkillərdən göründüyü kimi, zibil qabına atılıb, bununla da qardaş Azərbaycan təhqir olunub. Bir ölkənin müstəqillik simvolu olan bayrağa qarşı edilən bu hərəkət təhqiredici məqsədləmi edilib? Cəmiyyəti narahat edən bu məsələlərin araşdırılaraq açıqlanması lazımdır” – deyə, TBMM rəhbərinə 40 nəfər millət vəkilinin imzasıyla göndərilən məktubda qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 720

Oxşar yazılar