Hidayət Orucov: “Ölkədəki dini abidələr təmir və bərpa olunur”
Komitə sədri Səudiyyə Ərəbistanının səfirilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəht Əli əl-Dosərini qəbul edib. Bu barədə Lent.az-a Komitənin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Komitəsinin sədri Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı əlaqələrin tarixinə toxunaraq, hər iki dövlət başçılarının qarşılıqlı işgüzar və qardaşlıq münasibətlərinin Səudiyyə Ərəbistanı Krallığı və Azərbayjan Respublikası üçün böyük əhəmiyyət daşıdığını deyib. Səudiyyə Ərəbistanını bütün müsəlmanların dini paytaxtı kimi dəyərləndirən H.Orucov Azərbaycanda dövlət-din münasibətləri haqqında, həmçinin “Dini etiqad azadlığı haqqında” qanuna edilmiş əlavələr və dəyişikliklər barədə səfirə məlumat verib.
Onun sözlərinə görə, ölkə rəhbərliyi müxtəlif din və konfessiya mənsubu olan vətəndaşlarının dini ayinləri sərbəst icra etmələri üçün bütün imkanları yaradıb: “Azərbaycanda formalaşmış tolerantlıq ənənələri gün-gündən möhkəmləndirilir. Dini abidələr təmir və bərpa olunur. Ölkəmizdə heç bir dini ayrı-seçkiliyə yol verilmir. Azərbaycanın bütün vətəndaşları öz dini etiqadında azaddır və onun hüquqları dövlət tərəfindən qorunur”.
Səfir Fəht Əli əl-Dosəri Hidayət Orucova onu qəbul etdiyi üçün təşəkkürünü bildirib. O, deyib ki, Azərbaycan Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkədir: “Azərbaycan əhalisinin 96%-i islam mənsublarıdır. Bir səfir kimi bu ölkədə yaşamaq və işləmək çox xoşdur. Azərbaycanın son illər qazandığı uğurlar bizi sevindirir”.
Sonra hər iki tərəfi maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparılıb.

527