“Azərbaycan nümayəndəsinin çıxışı kəsilməyib”
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi erməniləri təkzib etdi
Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi bu il oktyabrın 20-də “Panarmenian” xəbər agentliyinin yaydığı məlumatla bağlı düzəliş verib.
Lent.az-ın xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, açıqlama yayıb.
Belə ki, agentlik BMT Baş Assambleyasının Sosial Humanitar və Mədəniyyət məsələləri üzrə Komitəsində (adətən III Komitə adlanır) cari ilin 16 oktyabr tarixində “Uşaq hüquqlarının təşviq olunması və mühafizə edilməsi” üzrə keçirilmiş dinləmələr zamanı çıxış etmiş “Azərbaycan nümayəndəsinin çıxışının kəsilməsi barədə” xəbər yayıb.
Lakin Daimi Nümayəndəlik bildirir ki, Azərbaycan nümayəndəsi öz çıxışını məsələ üzrə BMT çərçivəsində görülmüş fəaliyyətə dair münasibət bildirilməsi və ölkəmizin bu sahə üzrə gördüyü tədbirlər, eləcə də uşaq hüquqların mühafizə olunması xüsusunda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunmasının digər məlum aspektlərlə yanaşı humanitar baxımdan da ciddi problemlər yaratmasını və bu kontekstdə uşaq hüquqlarının pozulması ilə bağlı qarşı tərəfdən ciddi pozuntuların törədilməsi faktını qeyd edərək çıxışını tam və təfsilatlı şəkildə yekunlaşdırıb.
Qeyd olunan saxtalaşdırılmış məlumatla yanaşı, həmin iclas zamanı Ermənistan nümayəndəsinin də çıxış etməsi sözügedən saxtakarlığa əlavədir. Belə ki, Ermənistan nümayəndəsi ümumi müzakirələrdə çıxış etməmiş və yalnız nümayəndə heyətimizin çıxışına cavab bildirib. Azərbaycan nümayəndəsi də öz növbəsində qeyd olunana cavab verib.

419