“Bayraqlar yerinə qaytarılacaq”
26 oktyabr 2009 16:30 (UTC +04:00)

“Bayraqlar yerinə qaytarılacaq”

Bu açıqlamanı Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran verib

Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran Bakıdakı Şəhidlər Xiyabanının yanında yerləşən Türk Şəhidliyində Türkiyə və Azərbaycan bayraqlarının endirilməsilə bağlı açıqlama verib.


Lent.az-ın “Milliyət”ə istinadən verdiyi məlumata görə, baş konsul Türkiyə və Azərbaycan bayraqlarının təmizlik məqsədilə götürüldüyünü deyib: “Bu bayraqlar (6 Türkiyə və 6 Azərbaycan bayrağı) təmir məqsədilə endirilib, yenidən yerinə qaldırılacaq”.


Salahlı İzmirdəki “Swiss Otel Grand Efes”də düzənlədiyi mətbuat konfransında Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinin qətiyyən kəsilməyəcəyini, kiçik problemlərin isə hər iki tərəfin səylərilə həll olunacağını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 459

Oxşar yazılar