Həmsədrlər bəyanat veriblər
Oktyabrın 23-də ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasye (Fransa) və Robert Bratke (ABŞ) növbəti bəyanat yayıblar.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bəyanatda bildirilir ki, ATƏT-in Münaqişələrin Qarşısının Alınması Mərkəzinin təşkilatçılığı ilə oktyabrın 22-23-də baş tutan “ATƏT-in vasitəçilik fəaliyyətləri“ adlı qeyri-formal müzakirələrdə iştirak etmək üçün Vyanada səfərdə olan həmsədrlər danışıqların gedişatı barədə məlumat vermək məqsədilə ATƏT-in Minsk qrupuna üzv ölan ölkələrin təmsilçiləri üçün ənənəvi rüblük brifinq keçiriblər.
Müzakirələr xaricində isə həmsədrlər fərdi şəkildə bir sıra ikitərəfli görüşlər (ATƏT-ə sədrlik edən Yunanıstanın təşkilat yanında daimi nümayəndəsi səfir Mara Marinaki, ATƏT-in Baş katibi Perren de Brişambo, Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Fuad İsmayılov, Ermənistanın daimi nümayəndəsi Hovakimyan və s.) keçiriblər.
Bəyanatın sonunda qeyd edilir ki, həmsədrlər Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüşdə iştirak etmək üçün oktyabrın 25-27-də Lüksemburqda səfərdə olacaqlar. Burada həmsədrlərin noyabr ayında Bakı və Yerevana səfərinin planı və ATƏT-in Nazirlər Şurasının 2009-cu ilin dekabrında keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrə hazırlıq barədə fikir mübadiləsi aparılacaq.

Oxşar yazılar

Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29