Tina Kaydanov Azərbaycana gəlib
23 oktyabr 2009 13:30 (UTC +04:00)

Tina Kaydanov Azərbaycana gəlib

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi Tina Kaydanov Azərbaycana səfərə gəlib.


APA-nın məlumatına görə, Dövlət Departamenti təmsilçisinin Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə, həmçinin vətəndaş cəmiyyəti və biznes qurumlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.


Görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli münasibətləri müzakirə olunacaq.



Qeyd edək ki, Tina Kaydanov bundan əvvəl Gürcüstanda səfərdə olub. Onun Azərbaycana səfəri oktyabrın 24-nə kimi davam edəcək. Bu, Tina Kaydanovun yeni vəzifədə Azərbaycana ilk səfəridir. Avqust ayında ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavininin köməkçisi təyin olunan Kaydanov bu postda Metyu Brayzanı əvəzləyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 517

Oxşar yazılar