İrana gediş-gəliş vizasız olacaq
22 oktyabr 2009 19:00 (UTC +04:00)

İrana gediş-gəliş vizasız olacaq

İran Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv edir



“İran bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla viza rejimini birtərəfli qaydada ləğv etmək məsələsini hökumətin gündəminə gətirib”.


APA-nın İran mətbuatına istinadən yaydığı məlumata görə, bu açıqlamanı jurnalistlərə İranın xarici işlər naziri Mənüçöhr Möttəki verib. O artıq bununla bağlı layihəni hökumətə təqdim etdiklərini bildirib: “Qanuni icazənin verilməsi barədə xahişi Nazirlər Heyətinə təqdim etmişik və qərar təsdiqləndikdən sonra Azərbaycan Respublikası vətəndaşlarının viza almadan İrana daxil olmalarına şərait yaranacaq".

Mənüçöhr Möttəki Azərbaycanın da İrana qarşı analoji addım atacağını gözlədiklərini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 629

Oxşar yazılar