Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısı açıqlandı
22 oktyabr 2009 18:00 (UTC +04:00)

Ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısı açıqlandı

bu KİV-lər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləridir

Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə bələdiyyələrin yarısından çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara və ya siyasi partiyaların bloklarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq KİV-lərin siyahısı açıqlanıb.


Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu KİV-lər İctimai Televiziya və Radio Yayımları Şirkəti, “Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzetləridir.


Bu KİV-lər, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edilməsindən sonra ən gec 35 gün keçənədək dərc etməlidirlər.


Təşviqat subyektləri müəyyənləşdirildikdən sonra bu məlumat qanunla müəyyən edilən qaydada onlara da göndərilməlidir.

Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 426

Oxşar yazılar