“Heç bir qüvvə ölkələrimiz arasına nifaq sala bilməz”
22 oktyabr 2009 17:45 (UTC +04:00)

“Heç bir qüvvə ölkələrimiz arasına nifaq sala bilməz”

İstanbuldakı tədbirə deputat Yaqub Mahmudov da qatılıb

İstanbul Aydın Universiteti və Azərbaycanın İstanbuldakı Baş Konsulluğu “Qafqazda sabitlik baxımından Dağlıq Qarabağ problemi və həlli yolları” mövzusunda birgə simpozium təşkil edib.


Lent.az-ın “haberfx”a istinadən verdiyi məlumata görə, Floryada təşkil olunan konfransda Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri, AKP-dən olan millət vəkili Mustafaq Kabakçı, Azərbaycanın İstanbuldakı Baş konsulu Səyyad Aran, CHP sədrinin müavini Onur Öymen və Azərbaycandan millət vəkili Yaqub Mahmudov qatılıb.


Simpoziumda çıxış edən Səyyad Aran dünyada böyük problemlər yaşandığını, bunlardan birinin də Dağlıq Qarabağ problemi olduğunu deyib: “Dağlıq Qarabağ, Azərbaycan xalqının qanayan yarasıdır. Qarabağ Azərbaycanın əzəli və əbədi torpağıdır. Adından da görüləcəyi kimi Qarabağ, böyük bağdır. Bu, 100% türk adıdır. Dağlıq Qarabağ heç bir zaman erməni torpağı ola bilməz. Gəlin, bu məsələləri elm və elm adamlarına buraxaq. Bu problemin araşdırılmasında elm və elm adamlarının rolu olsun”.


Azərbaycan və Türkiyə arasında yaşanan gərginliklərlə bağlı isə Səyyad Aran deyib ki, “Heç bir qüvvət əbədi olaraq, dost və qardaş olan Türkiyə və Azərbaycan xalqı arasına nifaq sala bilməz. Bu milləti öz canından heç kim ayıra bilməz. Türkiyə və Azərbaycan daim birlikdə olacaq. Hərdənbir yaşanan kiçik məsələlər ola bilər. Gəlin iki böyük dövləti dünyada başa çıxaraq. Heç bir düşmənə, heç bir fitnəyə meydan verməyək”.

Səyyad Aranın bu fikirləri salondakı tədbir iştirakçıları tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.

Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri, AKP-dən olan millət vəkili Mustafa Kabakçı isə iki ölkə arasında hər hansı bir problem olmadığını, lakin zaman-zaman qardaşların belə fikir ayrılığında ola biləcəyini deyib: “Ailə içində də səhv anlamalar ola bilər. Amma bunun həmişəlik olması mümkün deyil”.


O əlavə edib ki, indiyə qədər olduğu kimi, Türkiyə Azərbaycanın yanında olacaq: “Çünki Qarabağ məsələsi yalnız Azərbaycanın deyil, Türk millətinin də məsələsidir. Bunun başqa cür olmasından söhbət belə gedə bilməz. Bu, hamımızın məsələsidir. Bu məsələni də Ədalət və İnkişaf Partiyası iqtidarı olaraq həll etmək üçün sona qədər mübarizə aparacağıq”.

Tədbirdə digər iştirakçılar da çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar