Azərbaycan və Ermənistan deputatlarının görüşü başa çatıb
22 oktyabr 2009 12:30 (UTC +04:00)

Azərbaycan və Ermənistan deputatlarının görüşü başa çatıb

Rusiya Dövlət Dumasında Azərbaycan və Ermənistan parlamentarilərinin görüşü başa çatıb.

Görüş barədə APA-ya açıqlama verən Azərbaycan nümayəndə heyətinin üzvü Sabir Hacıyev görüşdə Rusiya, Azərbaycan və Ermənistan parlamentlərinin hər birindən beş deputatın iştirak etdiyini deyib. Onun sözlərinə görə, toplantıda Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri, o cümlədən Rusiya prezidentinin Beynəlxalq Mədəni Əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edib.


Tədbirə Rusiya Dövlət Dumasının sədr müavini aparıb. S. Hacıyev deyib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib: “Bu görüşdə birbaşa məsələnin həlli ilə bağlı danışıqlar aparılmadı. Bilirsiniz ki, hər iki ölkənin deputatları bir sıra beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurasında görüşlər keçirirlər. Bu da həmin görüşlərdən biri idi. Əsas məqsəd dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlara dəstək verməkdir. Orada əsasən parlamentlər arasında münasibətlərin qurulmasının zəruriliyi vurğulandı” .


S.Hacıyev müzakirələrdə Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məsələyə toxunulmadığını deyib. Onun sözlərinə görə, belə görüşlərin gələcəkdə də davam etdirilməsi qərara alınıb. Millət vəkili sabah Azərbaycana qayıdacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar