“Ümid edirik ki, bayraqlar yenə əvvəlki kimi dalğalanacaq”
22 oktyabr 2009 10:00 (UTC +04:00)

“Ümid edirik ki, bayraqlar yenə əvvəlki kimi dalğalanacaq”

Əhməd Davudoğlu Bursada Azərbaycan bayrağını təhqir edənlərin cəzalandırılacağını söyləyib


Türkiyə və Ermənistan milli futbol komandalarının Bursada görüşü zamanı stadion ətrafında Azərbaycan bayraqları ilə bağlı baş verən arzuedilməz olay araşdırılacaq və günahkarlar cəzalandırılacaq.

Lent.az-ın müxbirinin verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Xarici işlər naziri deyib ki, Azərbaycan bayraqlarının bu vəziyyətdə olmasını Türkiyədə heç kim istəməz.

Əhməd Davudoğlu Şəhidlər Xiyabanında Türkiyə və Azərbaycan bayraqlarının yenidən dalğalanacağına da inandığını söyləyib: “İnanıram ki, Azərbaycan və Türkiyə bayraqları burada əvvəl necə dalğalanırdısa, yenə də dalğalanacaq! İnşallah, ümid edirik ki, belə olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 373

Oxşar yazılar