Türkiyə səfiri: “Nə olar, inanın!”
21 oktyabr 2009 18:30 (UTC +04:00)

Türkiyə səfiri: “Nə olar, inanın!”

“Azərbaycanın işğal olunmuş torpaqları həm də bizim torpaqlarımızdır”.


APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç söyləyib.


Səfir Azərbaycan ictimaiyyətini Türkiyə prezidentinin, baş nazirinin və xarici işlər nazirinin “Azərbaycan torpaqları işğaldan azad edilməyincə, Türkiyə Ermənistanla sərhədləri açmayacaq” bəyanatlarına inanmağa çağırıb: “Nə olar, artıq buna inanın! Dəfələrlə söylədik ki, o torpaqlar bizim ata torpaqlarımızdır. Biz bir bütövük, soydaşıq. Aramıza nifaq salmaq istəyənlərə, bizi ayırmaq istəyənlərə fürsət verməyin! Türkiyəyə güvənin! Türk xalqı hər zaman Azərbaycanın yanındadır. Bu xalqın hissiyyatı Böyük Millət Məclisində özünü göstərəcək”.


H.Kılıç Azərbaycanın istəmədiyi addımı Türkiyənin atmayacağını bəyan edib: “Azərbaycan istəmədən sərhədlər də açılmaz. Biz o torpaqlar üçün sərhədləri bağladıq. O torpaqlar azad edilmədən də açmayacağıq. Bunu bütün dünya bilir. Türkiyə protokolları imzalamaqla lazım olan addımı atıb. İndi növbə qarşı tərəfindir. Bütün Qafqazda sülh istəyirik. İstəyirik ki, bircə qapalı qapı qalmasın, hər kəs burdakı inkişafdan payını alsın!”
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526

Oxşar yazılar