Baş nazirin müavini də bayraq məsələsindən danışdı
21 oktyabr 2009 17:45 (UTC +04:00)

Baş nazirin müavini də bayraq məsələsindən danışdı

Əli Həsənov: “Hamımız bu məsələlərə daha diqqətli olmalıyıq və heç kimə deyil, yalnız özümüzə güvənməliyik”.

“Türkiyə ilə bayraq qalmaqalından və bu müzakirələrdən məyus olub əl-qolu yana salmaq lazım deyil. Bu məsələlərdən bəhrələnib daha mübariz və diqqətli olmalıyıq. Kiməsə güvənmək lazım deyil”.

Lent.az-ın məlumatına görə, baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov jurnalistlərə açıqlamasında belə deyib. O, qeyd edib ki, son vaxtlar regionda baş verənlər dünyada nəinki ikili, çoxşaxəli standartların olduğunu göstərir. Onun fikrincə, belə olan halda Azərbaycan xalqı və dövləti yalnız özünə və prezidentə güvənməlidir: “Bu məsələlərin necə qurtaracağını, kimin xeyrinə olacağını hələ bilmək olmaz. Əgər hansısa ölkə hesab edirsə ki, bu proseslərdən bəhrələnəcək, mən belə düşünmürəm. Bu proseslərdə yəqin ki, hansısa tərəf qurban veriləcək. Ona görə də dövlətimiz öz iqtisadi gücünü daha da artırmalıdır. İqtisadi və müdafiə gücümüzü artırmalıyıq. Çünki bu siyasi oyunlardan kimin bəhrələnəcəyini demək mümkün deyil”.

Komitə sədri Türkiyədə Azərbaycan bayrağının qutulara atılmasının 17 ildən bəri torpağının, ev-eşiyini itirilməsinə səbirlə dözən, ancaq yurd-yuvasına qayıdacağını gözləyən yalnız məcburin də narahatçılığına səbəb olduğunu deyib. O, güman edir ki, Azərbaycan tərəfi bu proseslərdə uduzmayacaq Əksinə, belə hallar torpağını itirmiş insanların daha ayıq-sayıq olmasına işarədir: “Bu o deməkdir ki, biz heç kəsə inanmalıyıq. Çünki son hadisələrdən sonra bir daha əmin oluruq ki, dünyada çox böyük ədalətsizliklər var. Ona görə də bizim hamımız bu məsələlərə daha diqqətli olmalıyıq və heç kimə deyil, yalnız özümüzə güvənməliyik”.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 445

Oxşar yazılar