Erməni protokolları Türkiyə parlamentində
AKP hökuməti gözlənilən addımı atıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə və Ermənistan arasında diplomatik əlaqələrin bərpası və sərhədlərin açılmasını nəzərdə tutan protokolların təsdiqlənməsi ilə bağlı qanun layihəsi parlamentə təqdim olunub.
Qanun layihəsi əvvəlcə parlamentin xarici əlaqələr komitəsində müzakirəyə çıxarılacaq. Komitədə səsvermədən keçdikdən sonra Türkiyə Böyük Millət Məclisinin plenar iclasında müzakirə olunacaq.
Qeyd edək ki, protokollar parlamentdə təsdiqləndikdən 2 ay sonra Türkiyə və Ermənistan sərhədləri açılmalıdır.

503