TBMM-də erməni protokolları müzakirə edildi
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanla imzalanmış protokollarla bağlı Türkiyə Böyük Millət Məclisində çıxış edib.
APA-nın xəbərinə görə, Ə.Davudoğlu Cənubi Qafqaz bölgəsində hər an partlamağa hazır olan donmuş böhranlar olduğunu deyib və bu partlamağa hazır bombaların zərərsizləşdirilməsinin zəruriliyini vurğulayıb: “Təəssüf ki, Cənubi Qafqazda bu problemlərin həlli üçün siyasi dialoq zəmini yoxdur. Bölgədə Azərbaycan, Gürcüstan və Türkiyənin ortaq həyata keçirdiyi layihələr istisna olmaqla, bütün bölgəni əhatə edən, xalqları yaxınlaşdıran qarşılıqlı iqtisadi əlaqələr çox zəifdir. Bölgədə mədəni əlaqələr də zəifdir və xalqlar bir-birindən getdikcə uzaqlaşır. Biz uzun əsrlər boyu Qafqazın taleyini müəyyən edən dövlət və millət olaraq bu vəziyyətə laqeyd qala bilmərik. “Yurdda sülh, dünyada sülh” prinsipi ilə bu durumu siyasi dialoq, qarşılıqlı iqtisadi əlaqələr və mədəni müxtəliflik əsasında dəyişmək, yenidən formalaşdırmaq istəyirik”.
Ə.Davudoğlu bölgədəki mövcud durumun nə Azərbaycan, nə Ermənistan, nə də Türkiyənin maraqlarına uyğun olmadığını bildirib: “Qardaş Azərbaycanın torpaqları 17 ildir işğal altındadır. Ermənistan isə zahirən hərbi uğur əldə edib, amma getdikcə yoxsullaşır, əhalisi ölkəni tərk edir. Türkiyənin ziyanına olan məqam da odur ki, biz qardaş Azərbaycan xalqının sıxıntılarını ürəyimizdə hiss edirik. Biz bölgədəki mövcud status-kvonu elə dəyişmək istəyirik ki, bir daha yeni risklər ortaya çıxmasın”.
Nazir Türkiyənin Ermənistanla əlaqələrinin 3 əsas məqsədə yönəldiyini bəyan edib: “Birinci məqsəd mehriban qonşuluq əlaqələrinin yaradılması, ikinci məqsəd yüz illər boyu birlikdə yaşamış türk və erməni xalqları arasında keçmişdən qaynaqlanan problemləri ortadan qaldırılması, üçüncü məqsəd isə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və ərazi bütövlüyü prinsipi əsasında həllinin yolunun açılmasıdır”.
Birinci hədəfin həyata keçirilməsindən danışan Ə.Davudoğlunun sözlərinə görə, imzalanmış protokollarda iki ölkə arasındakı mövcud sərhədlərin beynəlxalq müqavilələrə uyğun olaraq tanınması və dövlətlərin ərazi bütövlüyünə hörmət əksini tapıb: “Ermənistanda heç kim Türkiyədən torpaq tələb etməyə cürət edə bilməz. Bu protokolları imzalamaqla Ermənistan bunun hüquqi cəhətdən mümkün olmadığını təsdiqləyib. Mövcud sərhədlərin tanınması ilə bağlı cəmi iki beynəlxalq müqavilə var – Moskva və Qars müqavilələri. Qars müqaviləsi SSRİ, sovet Ermənistanı, sovet Azərbaycanı və sovet Gürcüstanı arasında imzalanıb. İndiki Ermənistan sovet Ermənistanının hüquqi varisidir. 1991-ci ildə Almatıda SSRİ-dən ayrılmış sovet respublikaları SSRİ-nin imzaladığı bütün beynəlxalq sənədlərə sadiq qaldıqlarını və bu sənədləri tanıdıqlarını elan ediblər”.
İkinci məqsədin həyata keçirilməsindən danışan nazir protokollarda tarixi məsələlərin - saxta və uydurma soyqırım probleminin araşdırılması üçün ortaq komissiyanın yaradılmasının nəzərdə tutulduğunu söyləyib. O qeyd edib ki, bu komissiya arxivləri elmi əsaslarla araşdıracaq və Ermənistan bunu qəbul edib.
Üçüncü məqsədin həyata keçirilməsinə toxunan Ə. Davudoğlu bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Türkiyə-Ermənistan yaxınlaşmasına paralel gedir: “İmzalanmış protokollarda münaqişələrin sülh yolu ilə, beynəlxalq normalar əsasında həllinə sadiqlik əksini tapıb. Bizim üçün Azərbaycanın ərazi bütövlüyü Türkiyənin ərazi bütövlüyü qədər əzizdir. Bu problemin həlli üçün bizim qədər cəhd göstərən dövlət yoxdur. Keçirdiyimiz hər beynəlxalq görüşdə Qarabağ məsələsini gündəmə gətiririk. Qarabağ probleminin həlli üçün əlimizdən gələni edəcəyik. Normallaşma yalnız iki ölkə arasında ola bilməz və bütün bölgəni əhatə etməlidir”.
Qeyd edək ki, Ə. Davudoğlunun çıxışı müxalifətçi millət vəkillərinin etirazları ilə müşayiət olunub.

459