Türkiyə və Azərbaycan bayrağı Milli Məclisdə
20 oktyabr 2009 20:00 (UTC +04:00)

Türkiyə və Azərbaycan bayrağı Milli Məclisdə

BAXCP sədri Qüdrət Həsənquliyev parlamentin iclasına Azərbaycan və Türkiyə bayraqlarının qoşa əksi olan döş nişanı ilə gəlib

Bu gün BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev yaxasına Azərbaycan və Türkiyə bayraqlarının əksi olan döş nişanları taxaraq Milli Məclisin iclasına qatılıb.

Lent.az-ın məlumatına görə, Qüdrət Həsənquliyev bildirib ki, bununla o, öncə Türkiyənin Millyətçi Hərəkat Partiyasının rəhbərliyi ilə həmrəylik nümayiş etdirib. Xatırladaq ki, Azərbaycan bayraqlarının Bursada stadiona buraxılmamasına etiraz olaraq MHP sədri Dövlət Baxçalı və MHP-li millət vəkilləri partiyanın qrup toplantısına Azərbaycan bayraqlarının əksi olan döş nişanları ilə qatılmışdılar.

Q. Həsənquliyev deyib ki, bu addımı həm də Türkiyə ilə Azərbaycan arasında yaranan gərginliyə etiraz məqsədi daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 634

Oxşar yazılar